“Həsir şlyapa" ləqəbli narkobaron xəstəxanadan qaçıb

  • 10 dek 2018, 14:28

Boliviya narkobaronu "Həsir Şlyapa” ləqəbli Xorxe Roka Suares səhhəti ilə bağlı yaranan problemlə əlaqədar gətirildiyi xəstəxanadan qaçıb.

Boliviyanın Cinayətkarlıqla mübarizə üzrə xüsusi qüvvələrinin direktor müavini Fernando Roxasın sözlərinə görə, Suares xəstəxanda 10 gün qalmalı imiş. "Təəssüf ki biz bu adamın qaçdığını təsdiq etməyə məcburuq”,-deyə deyə o, jurnalistlərə bildirib.

Lakin Suares sonradan özü yerli mediaya qaçmadığını, sadəcə doğma kəndini ziyarət etdiyini xəbər verib. Boliviya polis komandiri Faustino Mendozanın bildirdiyinə əsasən, narkobaron dərhal həbsxanaya geri qaytarılıb.

Xorxe Roka Suares ABŞ-da tam 35 il həbs həyatı yaşayıb. Birləşmiş Ştatlar onu bu il Boliviyaya təhvil verib. Suares doğma vətənində 15 il də "yatmalıdır”.

Roka Suares Boliviyanın kokain kralı Roberto Suares Qomesin qardaşı oğludur. Boliviya mətbuatının məlumatına görə, əmi-bala Suareslər məşhur Kolumbiya narkobaronu Pablo Eskobarın başçılıq etdiyi "Medelin karteli”nin iri tədarükçülərindən biri olub. /musavat.com/

Oxşar xəbərlər