Zəlzələdən evi uçmuş ailə həmin evdə də məskunlaşıb - UCARDA

  • 22 noy 2018, 09:27

"Demokratik.Az"-ın məlumatına görə, Ucar rayonu Bağman kəndində ötən ilin yayında zəlzələ nəticəsində dağılmış ev yararsız hala düşsə də, sahibləri tərəfindən istifadə edilir. 

Belə ki, vətəndaş Səfəralıyev Rafail Şahmur oğluna məxsus evi zəlzələ uçursa da, 4 nəfərlik ailəsi artıq bir ildir ki, uşmuş evlərində yaşamağa məhkum olub. Ailəyə rəsmi orqanlar tərəfindən zəruri köməklik edən yoxdur.

Sosial şəbəkədə yayılmaqda olan bu durum ancaq təəssüf doğurur.

Jurnalist Fuad Hüseynov da özünün facebook səhifəsində bu problemə toxunaraq status və dağılmış evin şəkillərini paylaşıb. Jurnalistin yazdığına görə, ailənin bir üzvü anadangəlmə 1-ci qrup əlildir. Ailə dolanışıqları da çox aşağı durumdadır.

Hazırda ailəyə dövlət tərəfindən maddi köməklik mexanizmində birokratiya ondan ibarətdir ki, FHN-in komissiyası gördüyünüz ev uçan tarixdə Ucar rayonunda ümumiyyətlə zəlzələ olmadığını önə sürüb. Bu barədə arayış yazıb. Ancaq həmin tarixdə rayonunda zəlzələnin həqiqətən baş verməsi seysmoloji qeydiyyata alınıb.

Belə təhlükəli və qəzalı şəraitdə, öz uçuq evində yaşayan ailəyə rəsmi orqanların - başda Ucar İHB orqanının yardım əli uzadacaqlarına ümid edirik.

Ailəyə maddi kömək etmək istəyən fərdi şəxslər də bu telefonla əlaqə yarada bilərlər (050) 730-27-07 (Rafail)

 




Demokratik.Az

 


 

Oxşar xəbərlər