Bakıda 10 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

  • 14 noy 2018, 14:11

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Səbail rayon Polis idarəsinin 39-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elməddin Məmmədli saxlanılıb.

Oxşar xəbərlər