Həbsdəki bankirin həyat yoldaşı Londonda həbs olundu

  • 06 noy 2018, 22:49

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda həbs olunduğuna dair məlumat yayılıb.

Demokratik.Az xəbər verir ki, bu barədə Londonun Vestminster rayonunun Magistrat məhkəməsinə istinadən BBC məlumat yayıb.

Məlumata görə, Zamirə Hacıyeva Azərbaycanın tələbi əsasında ötən həftə yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Son günlərdə Hacıyeva dəbdəbəli həyat tərzi, bahalı alış-verişlər etməsi ilə gündəmə gəlmişdi. Onun tutulacağına dair iddialar öncədən də səslənmişdi...

 

Demokratik.Az

Oxşar xəbərlər