Demokratik TV
Xəbər lenti
Jurnalist Oqtay Cəfərov vəfat etdi – Nekroloq
- 30 okt 2018, 15:02
Mətbuat Şurası veteran jurnalist Oqtay Cəfərovun ölümü ilə bağlı nekroloq yayıb.
"Tanınmış veteran jurnalist Oqtay Cəfərov ömrünün 85-ci ilində vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, kədərlərini bölüşürük.
O.Cəfərov 1952-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin ikinci buraxılışının məzunu olub. Jurnalist fəaliyyəti müddətində Göyçay rayonunda çıxan yerli qəzetin, Sumqayıtın "Kimyaçı” qəzetinin, "İnşaatçı” qəzetinin, həmçinin "Müxbir” jurnalının baş redaktoru olub.
Ömrünün 60 ili mətbuatda keçmiş O.Cəfərov jurnalist peşəsinə hədsiz sədaqət, prinsipiallıq nümunəsidir. O, eyni zamanda ziyalı keyfiyyətləri ilə də cəmiyyətdə tanınıb. Veteran jurnalisti səciyyələndirən mühüm xüsusiyyətlərdən biri də onun gənc nəslə hər zaman qayğı ilə yanaşmasıdır. O.Cəfərov neçə-neçə tanınmış qələm sahibinin peşəkar kimi yetişməsində müstəsna rol oynayıb.
Hər zaman təşəbbüskarlığı, fəallığı, səriştəli idarəçilik qabiliyyəti ilə seçilmiş O.Cəfərovun yoxluğunu qəbul etmək olduqca ağırdır, üzücüdür. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bir daha mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına və dostlarına başsağlığı diləklərini çatdırır, səbr diləyirlər.
Allah rəhmət eləsin!”
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Mətbuat Şurası nekroloq yaydı: Çeladzenin ölümü...
Əyyub Kərimovun ölümü ilə bağlı NEKROLOQ
İlham Əliyev nekroloq imzaladı
Prezident İlhamə Quliyevanın ölümü ilə bağlı nekroloq imzaladı
Jurnalist İlqar Qulusoy dünyasını dəyişdi
Rauf Talışinski "Qurd qapısı" qəbirstanlığında dəfn olundu
İBRAHİM CƏFƏROV İLİN REKTORU OLDU
Mətbuat Şurası seçkilərlə bağlı məlumat yayıb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti