Komitə sədrindən parlamentlə bağlı vacib təklif

  • 30 okt 2018, 14:53

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin plenar iclasında təkliflərlə çıxış etdi. Komitə rəhbəri radio və televiziyanın yaranma tarixi kimi 1919-cu ilə istinad etməyi təklif etdi: "Əgər belə olarsa, biz gələn il 100 illiklə bağlı möhtəşəm tədbir keçirə bilərik”.

Bunun ardınca R.Hüseynov Mili Məclisin əlahiddə iclasını keçirməyi də zəruri saydı: ""Dekabrın 7-i milli parlamentimizin ilk iclasının baş tutduğu gündür. Sentybar ayında arlamentin yaranmasının 100 illik yubileyi ilə əlaqədar yubiley iclası keçirilib. Ancaq təklif edirəm ki, biz dekabrın 7-i və o ərəfədə bununla bağlı Milli Məclisdə bir iclas keçirək”.

Oxşar xəbərlər