Futbolçu Arda Turan polisdə 3 saat dindirildi /O nə danışıb? – Video

  • 12 okt 2018, 08:18

Son günlər adı müğənni Berkayla qalmaqalda hallanan futbolçu Arda Turan bu gün Beşiktaş Rayon Polis İdarəsində ifadə verib.

Türk mediyasının məlumatına görə, İstanbul baş prokurorunun təlimatına əsasən idarəyə çağırılan futbolçu 3 saat dindirildikdən sonra sərbəst buraxılıb. Ondan sənədsiz silah da götürülüldüyü deyilir.

Türkiyənin tanınmış futbolçusu A. Turan məkandan ayrılarkən jurnalistlərin suallarını cavablandırmayıb.

Qeyd edək ki, A. Turanın gecə klublarından birində müğənni Berkayın həyat yoldaşı Özlem Şahinə sataşdığı, sənətçini isə döydüyü bildirilib. İddiaya görə, bundan sonra xəstəxanaya yerləşdirilən Berkayın yanına gedən Turan ona qarşı silah da yönəldib.

Müğənni Berkayla mübahisədən sonra burnunu sındıraraq xəstəxanalıq edən futbolçu Arda Turanın polis idarəsində verdiyi ifadənin məzmunu bəlli olub.

"Hürriyet”xəbər verib ki, 3 saat dindirilən Arda xəstəxanaya apardığı silahın təsadüfən açıldığını, Berkayın xanımına isə sataşmadığını bildirib:

"Əyləncə məkanına getmişdim. Burak Yılmaz da orda idi. Berkay yanımıza gəldi. Çiynimdən və yaxamdan tutaraq məni özünə doğru çəkdi. Mən əsəbiləşib "nə olub” dedim və ona vurdum. Berkayın arvadını tanımıram. Onunla hər hansı söhbətim olmayıb. Onun ardıca tualetə getdiyimi, qoluna toxunduğumu deyir, amma doğru deyil. Müşahidə kameralarında da göründüyü kimi, tualetə getməmişəm. 

Berkayın olduğu xəstəxananı öyrəndikdən sonra, sataşmaq iddiasının doğru olmadığını demək üçün yanına getdim. Silahı da özümlə götürmüşdüm. "Əgər arvadına sataşdığımı düşünürsənsə, al silahı, vur məni” dedim. O da "Yox, kapitan, mən səni çox istəyirəm, heç bir problem yoxdur. Belə şeyin olduğuna inanmıram” cavabını verdi. Berkay belə deyəndə silahı qoyduğum yerdən götürərkən təsadüfən açıldı”. 

Arda Turanın silahının rəsmi qeydiyyatı olduğu təsdiqlənib./qafqazinfo/

Demokratik.Az

Oxşar xəbərlər