16 yaşlı gənc su quyusuna düşüb öldü

  • 17 sen 2018, 19:33

 

Lənkəran rayonunun Havzova kəndində 1 nəfər su quyusuna düşüb.

Bu haqda Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

Məlumata görə, hadisə yerinə cəlb olunmuş Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 2002-ci il təvəllüdlü Şirizadə Rameş Xamməd oğlunun meyitini dərinliyi 16 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Demokratik.Az

Oxşar xəbərlər