Xəbər lenti
Bütün xəbərlər

Rza Zərrab həbsxanadan qaçıb? – FOTO

  • 12 sen 2018, 15:22
Azərbaycan əsilli iş adamı Rza Zərrabın görüntüləri yayılıb.
 
ABŞ-da saxlanılan iş adamı Rza Zərrab Nyu-Yorkda bir qadınla görüntülənib.
 
Nyu-Yorkun məşhur "Nobu” restoranında suşi yeyən Zərrab kameraların onu izlədiyini anladığı zaman həmin yeri tərk edib.
 
Qeyd edək ki, Rza Zərrab 2016-cı ildə ABŞ-ın Mayami şəhərinə səfər edərkən həbs olunub. Milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunub.
 
O, Nyu-Yorkun cəzaçəkmə müəssisələrinin birində ona yaradılmış lüks şəraitdə saxlanılırdı.
 
Bəzi məlumatlarda iş adamının gizli şəkildə həbsxanadan çıxdığı vurğulanır.
 
Demokratik.Az
Oxşar xəbərlər