Səkkiz min ərəb Bakıda QİÇS-ə yoluxub? - AÇIQLAMA

  • 11 sen 2018, 20:05

Azərbaycana gələn səkkiz min ərəb turistin QİÇS-ə tutulması həqiqəti əks etdirmir.

 

 

 

 

 

 

 

Bunu Oxu.Az-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bildirib.

Onun sözlərinə görə, yaxın iki ay ərzində Azərbaycanda İİV-ə yoluxma ilə bağlı əcnəbilər tərəfindən heç bir müraciət olmayıb:

"Bizim könüllü müayinə mərkəzlərinə də müraciət edilməyib. Heç bir ərəbdə QİÇS aşkarlanmayıb. Ümumiyyətlə, İİV-ə yoluxan insanların sayı səkkiz min deyil. Bu, necə ola bilər? Bu cür statistik rəqəmləri nəyə əsaslanıb, yayırlar, bilinmir. Rəqəmlərin haradan götürülməsi, nə dərəcədə düzgün olması araşdırılmayıb. Kimin ağlına nə gəlir, onu da deyir”.

Oxşar xəbərlər