Osman Nərimanoğlu intihara cəhd edib - özü danışdı

  • 30 avq 2018, 23:11

"Demokratik.Az"saytının rəhbəri Osman Nərimanoğlu intihara cəhd edib. Hazırda vəziyyəti normaldır, əsəbi hisslər keçirsə də, heç bir həyati təhlükəsi yoxdur. 

Bu barədə jurnalistin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, axşamçağı uşaqlarla birlikdə yaxınlıqda yaşayan atasıgilə gedib, Nərimanoğlu isə evdə tək qalıb. Təxminən saat 20:00 radələrində Osmanı polislərin axtardığını eşidib, evə qayıdıb və intihara cəhd etdiyini öyrənib. Hadisənin üzücü tərəfi isə, sonradan atasını stress halında olduğunu görən azyaşlı övladının qıcolma keçirməsi olub, ard-arda evə iki dəfə təcili tibbi yardım gəlib.

Bildirək ki, son günlər sosial şəbəkədə Osman Nərimanoğlunun ünvanına söyüşlər söyülüb, şər-böhtan atılıb. Bu da ona psixi təsir edib.

Jurnalistin özü ilə də danışa bildik. O, etdiyi əmələ təhrik edildiyini bildirərək, hadisədə jurnalist Məhəmmədəli Qəriblini günahkar adlandırdı. Bundan başqa, sonuncuya qoşularaq gecə-gündüz onu təhqir edən bir neçə nəfərin olduğunu da bildirdi. Ancaq özünə görə yox, məhz övladının qıcolma keçirdiyini heç kəsə bağışlamayacağını bildirib. Sakitləşdirici dərmanların təsirindən bir az huşsuz olduğunu bildirərək, sabah geniş açıqlama verəcəyinə söz verdi. Bu arada, aralarında qalmaqal yaşadığı jurnalist Məhəmmədəli Qəriblinin Bakıda klinikaların birinə aparılması xəbərinə üzüntüsünü dilə gətirdi. " İstəməzdim axırı belə olsun, amma şükür ki, salamatıq. Qardaşıma da allahdan şəfalar diləyirəm"- deyə jurnalist bildirib. Hər iki şəxsə keçmiş olsun deyirik. Xatırladaq ki, bir neçə saat əvvəl jurnalist sosial şəbəkə üzərindən intihar edəcəyini yazmışdı...

Demokratik.Az

Oxşar xəbərlər