Avtoritet Vaqif Nəbiyev tutuldu – FOTO

  • 29 avq 2018, 20:11

Afrikada Qana Respublikasında dərbəndli avtoritet, kriminal aləmdə Volf ləqəbi ilə tanınan Vladimir (Vaqif) Nəbiyev saxlanılıb.

Oxu.Az-ın Çernovik nəşrinə istinadən xəbərinə görə, Nəbiyev bir sıra qətllərdə, dələduzluqda və silah alverində ittiham olunur.

Nəşrin məlumatına əsasən, Nəbiyev 2017-ci ildə Ramazan və Arsen Kafarov qardaşlarının oğurlanmasını təşkil edib.

Avtoritet onlardan şirkətlərinin və sərvətlərinin öz adamlarının adına keçirilməsini tələb edib.

Ramazan və Arsen qardaşlarını girovluqda vəhşicəsinə döyülüblər, onlara işgəncə verilib. Kafarovlar doqquz ay girov qalıblar. 2018-ci ilin aprelin 30-da qardaşlar qaçaraq Rusiyanın Qana səfirliyində sığınacaq alıblar.

Oxşar xəbərlər