Efirdə qonağın sözləri aranı qarışdırdı: “Xəstədir - VİDEO

  • 29 avq 2018, 20:09

"Space TV”də yayımlanan "El bizim, sirr bizim” verilişində qonaqlar arasında gərginlik yaşanıb.

Minval.info xəbər verir ki, "Xoşbəxtlik” mövzusu ətrafında fikir mübadilə zamanı proqrama dəvət alan fəlsəfə üzrə eksper Ramin Musayev cəmiyyəti "xəstə”, iştirakçıları isə "70 faiz travmalı” adlandırıb.

"100 faiz əminəm. Nəyə görə deyirəm? Əxlaq instiktiv davranışı çox basqılayanda arzuya çatmamaqdan dolayı insanda aqressiya yaranır. Məsələn, qadını evdə saxlayıb istəklərinin qarşısını alan zaman onda aqressiya yaranır. Hər şeyi xüsusiləşdiririk. Belə baxanda həyatda heç bir məna yoxdur. Ancaq həyatı yaşamaq lazımdır” – Ramin bəy bildirib.

Onun çıxışının ardınca jurnalist Nuranə Abdullayeva ekspertə sərt reaksiya verib:

"Bilirsiniz, niyə xoşbəxt ola bilmirik? Çünki sizin kimi insanlar bizə göstəriş verir. Sən haradan bilirsən, mən travmalıyam?! Travmalı olduğum günümü görmüsən?! Xəstəxanada yanımda dayanmısan?! Travmalı sən özünsən ki, o şəkildə danışırsan. Kimsən mənə göstəriş verirsən?”

Verilişin digə iştirakçısı yazıçı, jurnalist Seymur Verdiyev də bununla bağlı fikirlərini bildirib:

"Bizim problemimiz ondadır ki, bir ovuc insan cəmiyyətdən ayrılıb. Yazıçı, puplisist, jurnalist, psixoloq… Elə bilirlər, hamıdan ağıllıdırlar. "Qaynana” filmində deyildiyi kimi, yığışıblar buraya başları dolu, cibləri boş. Cibində pul olmayan, bədbəxt, uğur qazana, kitab sata, yazısını oxutdura bilməyənlər və s. yığışmışıq buraya, heç kimi bəyənmirik, hamıya "travmalı” deyirik. Hamısı özünü dahi hesab edir, saqqal saxlayırlar, ildə-ayda bir dəfə üzünü qırxır. Elə bilir, belə olanda, yamaqlı şalvar geyinəndə, pivənin şüşəsini parka atanda, ağzından araq iyi gələndə deyəcəklər "bu dahidir”. Getdikcə başı pozulur, olur dəli”.


Oxşar xəbərlər