Tramp indi də “Google”un arxasınca yazdı

  • 28 avq 2018, 16:30

Prezident dünyanın ən populyar axtarış saytını onun haqqında yalnız pis xəbərlər yaymaqda ittiham etdi

ABŞ prezidenti Donald Tramp "Google” saytında axtarış verilən zaman onun haqqında ancaq pis xəbərlərin çıxdığını bildirib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə ənənəvi olaraq "tvitter” səhifəsində yazıb.

ABŞ prezidentinin iradına səbəb saytda "Trump news”, yəni "Tramp xəbərlər” yazdığı zaman Ağ Evin rəhbəri haqqında əsasən tənqidi materialların çıxması olub.

 Prezident həmin informasiyaları "fake”, yəni "saxta məlumatlar" adlandırır.

"Başqa sözlə, özləri necə qurublarsa, mən və başqaları haqqında ancaq pis xəbərlərə rast gəlmək olur. Xüsusilə CNN-in saxta məlumatları adamın gözünə girir. Respublikaçılara yaxın mühafizəkar və özəl media isə sıradan çıxarılır. Qeyri-qanunidir?”, - Tramp yazıb.

ABŞ prezidentinin iddiasına əsasən "Tramp xəbərlər” sorğusu ilə verilən axtarışda çıxan materillaırn 96%-i sol yönümlü federal səviyyəli mətbuata aiddir.

"Google” və onun kimi şirkətlərin mühafizəkarların səsini batırması, həmçinin yaxşı xəbərləri, informasiyaları gizlətməsi təhlükəli hadisədir. Onlar bizim bildiyimiz və bilmədiyimiz hər şeyə nəzarət edirlər. Bu çox ciddi bir situasoyadır və bununla bağlı tədbir görüləcək”, - prezident sonda təhdid edib.

TVİT 4.JPG (29 KB)


Oxşar xəbərlər