Dramaturq Nil Saymon vəfat edib

  • 27 avq 2018, 09:24

Məşhur amerikalı dramaturq Nil Saymon bazar günü 91 yaşında vəfat edib.

"Report” xəbər verir ki, bu barədə onun dostu Bill Evansa istinadən "Fox News" məlumat yayıb.

Saymon Manhetten xəstəxanasında sətəlcəmdən dünyasını dəyişib.

O, məşhur Brodvey dramaturqlarından biri idi. "Fox News"un məlumatına görə, onu "Qəribə cütlük", "Parkda ayaqyalın" və "İkinci xiyabanın əsiri" komediyalarına görə Şekspirdən sonra ikinci məşhur dramaturq adlandırırlar.

Oxşar xəbərlər