Rusiyada dəhşətli yanğın - fotosu

  • 26 avq 2018, 20:37

Rusiyanın Korolyov şəhərində baş verən yanğın artıq 8 saatdır ki, davam edir.

Oxu.Az-ın xəbərinə görə, yanğın lokallaşdırılıb, lakin FHN-dən bəzi ocaqlarda yanğının davam etdiyi bildirilir.

Xilasedicilərin sözlərinə görə, bu, küləyə görə baş verir. İlkin ehtimallara əsasən, yanğına səbəb odla ehtiyatsız hərəkət olub.

Yeddi mərtəbəli binadakı yanğının söndürülməsinə ümumilikdə 122 nəfər və 33 müxtəlif texnika növü, o cümlədən helikopter də cəlb olunub.

Binada 210 sakin yaşayır. Hadisə zamanı xəsarət alan olmayıb.

Oxşar xəbərlər