"Lotu Quli"dən Afaq Aslanla bağlı ADDIM

  • 26 avq 2018, 20:14

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov müğənni Afaq Aslanla sevgili olması iddialarını təsdiq edən fotonu silib.

Publika.az xəbər verir ki, dünən sevgilisinin və özünün adının baş hərfləri yazılan foto artıq "Qulinin" instaqram hesabında yoxdur. Lakin kriminal avtoritet izlənmə siyahısında yeganə izlədiyi şəxs olan Afaq Aslanı saxlayıb.

Qeyd edək ki, bir müddət öncə Afaq Aslanın "Lotu Quli" ilə sevgili olması xəbərləri yayılıb. İddialar müğənninin instaqram hesabının məlumat bölməsinə yazdığı "A-N" hərflərindən qaynaqlanıb. Bundan başqa, Afaq Aslan da instaqramda yeganə olaraq Nadir Səlifovu izləyirdi. Bu barədə müğənniyə dəfələrlə suallar ünvanlansa da, o, şəxsi həyatı ilə bağlı danışmayacağını deyib.

Oxşar xəbərlər