Xəbər lenti
Bütün xəbərlər

"Bakı Xəbər"-dən ŞOK açıqlamalar - Statuslardan mənə nə?!

  • 26 avq 2018, 18:04

"Demokratik.Az"-da yayımlanan "Bakı Xəbər"-in əməkdaşları TƏCİLİ toplandı - REDAKSİYADA "MIŞ" VAR  sərlövhəli xəbərə qəzetin rəhbəri Aydın Quliyev və yazıda adıkeçən Məhəmmədəli adlı müxbir tərəfindən münasibət bildirilib. İlk öncə, baş redaktorla əlaqə yaradıb, işçisinin tərbiyyəsiz, şərəf və ləyaqəti alçaldan statuslarla bağlı ölçü götürülməsi xahişimiz belə cavablandırılıb: "Onun statuslarından mənə nə?!" telefonda ara kəsilib. Ardınca, iki gündür savadsızlıq sərgiləməklə, şantaj və hədələyici üslubla jurnalist Osman Nərimanoğlunun ünvanına böhtan və təhqir yağdıran fb qəhrəmanın özü bunları yazıb: "Mahammedali Qaribli : Mənim işdən çixarilmağima dair yalan xəbər yazan şərəfsizə. Sən bütün qırmızı cizgiləri keçdin təəssüf ki. Amma bunu bil ki, mən mən mübarizələrdə bişmiş biriyəm və obyekt yiyəsi deyiləm ki, xoxla istədiyinizə nail olasınız. Sizin əlinizə verəcəm, əməl dəftərinizi". Başqa bir münasibətində isə: " Mahammedali Qaribli : Yalan deyən ən şərəfsiz adamdı. ))) kişi kimi mübarizə apara bilməyəndə belə yollara əl atacağin gözlənilən idı. Darıxma bunun da cavabini alassan".

Göründüyü kimi, gündə onlarla yazıya münasibət tələb edən məhsuldar bir redaksiya və rəhbərliyi də söyüşcül əməkdaşı kimi davranır, Məhəmmədəli kimdirsə və kimlərin adamıdırsa barəsində tədbir görmək iqtidarında olmadığını ifadə edir. Hansı ki, fərdi məqamlar olsa da qələm adına hörmət əlaməti olaraq, tərəfləri barışığa, sağlam polemikaya dəvət edə bilərdi. Həm də, görünür, əslən naxçıvandan olduğunu toxunulmazlıq statusu, hansısa güclü arxası var deyərək xəbərə münasibətdə də təhqirə yol verir. Axı, Qəribli jurnalistikanın bütün davranış və tələblərini statuslarındakı baxışları qədər niyə itirib?. Bizi təhqir etmək onun nəyinə lazımdır?

Xatırladaq ki, Məhəmmədəli Qəribli uşaqlar kimi, bir neçə dost-tanışları ilə birləşərək iki gündür durmadan Osman Nərimanoğlunun ünvanına təhqir yağdırmasının səbəbi kimi məlumat daxil olub.

Məlumatda bildirilirdi ki, "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev dünən axşam saatlarında kollektivi toplayaraq fövqəladə iclas keçirib, ümumi iradlarını bildirib və sosial şəbəkələr üzərindən ictimai rəyi çaşdıran, insanların şərəf və ləyaqətini alçaldan əməkdaşı, Məhəmmədəli Qəriblini sərt tənqid edib. Tənqidə səbəb isə, saytımızda ötən gün müxbirin yazdıqlarına cavab olaraq yayımlanan tənqidi yazı olub.(Mətbuatda mənə savaş açan "SATANA” – Sən fəlsəfi YOXLUQSAN

Bundan başqa, hər gün Azərbaycan Nəşriyyatında gününü keçirən bu şəxsin öz həmyerlisinin baş redaktoru Aydın Quliyev haqqında da lüzumsuz sözlər danışması, jurnalistin işə gəlməməsi gələn xəbərlər sırasındadır. Xəbərdə redaktorun M.Qəriblini işdən qovacağı barədə xəbərdarlığı da yer alıb.

Xüsusi məqam, jurnalistin dostları arasında yaydığı məlumata görə, bir neçə ildir prezident cənab İlham Əliyevin təşəbbüsü ilə tikilən binadan mənzil almaq məqsədilə "Bakı Xəbər" rəhbəri ilə müəyyən danışığa getməsi, lakin indiyədək mənzil ala bilmədiyindən tərəflər arasında kəskin narazılığın baş qaldırmasıdır. Deyilənlər doğrudursa, mənzil almaqda israrlı olan Məhəmmədəli Qəribli bu işdə ona kömək edəcək daha yüksək çinli dövlət məmurlarının, hətta fövqəlnazir Kəmaləddin Heydərovun da adını özünə çətir olaraq çəkir. Bunu reklam olaraq sosial şəbəkə üzərindən də edərək, bəzilərində qəsdən qıcıq oyadır. Baş redaktorun narazılığı isə, əsasən özü ilə bağlı yox, müxbirinin jurnalistikaya xas olmayan daha səfil davranışlar etməsidir. 

Xəbərə anormal reaksiyalar verən, lakin gecədən səhərə adamların şəxsiyyətini alçaltmaqla vaxt öldürən müxbir eyni zamanda Azinforum.Az" adlı sayta da rəhbərlik edir və son aylar sosial şəbəkədə təhqirlərə, məntiqsiz şərhlərə üstünlük verir. Onun bu hərəkətləri isə "Bakı Xəbər"ə və ev almaq istəyinə təbii ki, kölgə salır.

"Demokratik.Az saytı olaraq Məhəmmədəli Qəriblidəki belə arxayınçılığa, toxunulmazlığa və bizə qarşı status düsturlarını anlamağa çalışırıq. Hesab edirik ki, bizi öz səviyyələrində qəbul etməyən cənablar, lazım bilsə xəbərdəki digər nüanslara aydınlıq gətirərlər. Axı orası - "Bakı Xəbərdi"...

Demokratik.Az

Oxşar xəbərlər