Məşhur və sabiq icra başçısı vəfat edib

  • 23 avq 2018, 14:22
Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov vəfat edib.
Demokratik.Az Azpolitika.info-a istinadən xəbər verir ki, sabiq başçı bu gecə vəfat edib.
Hazırda Şəmkirdə dəfninə hazırlıq gedir.
A.Aslanovun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi. A.Aslanov uzun illər Şəmkirin icra başçısı, daha sonra kənd təsərrüfatə nazirinin müavini, Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsində çalışıb.
YAP Siyasi Şurasının üzvü idi.
Allah rəhmət eləsin!
 
Demokratik.Az
Oxşar xəbərlər