Bakıda qurbanlıq qoyunlar boğulub öldülər - VİDEO

  • 22 avq 2018, 10:59
Yarmarkaya satışa gətirilən yük maşını ilə dolu qurbanlıq heyvanlar tələf olub. 

Demokratik.Az musavat.com-a istinadən xəbər verir ki, buna səbəb isə heyvanları daşıyan maşında havalandırma yerinin olmaması olub. Nəticədə qapalı yerdə yüz kilometr yol gələn 70-dən çox heyvan istidən və havasızlıqdan tələf olub.

Heyvan sahiblərinin özləri də bu vəziyyətdən yarmarkada xəbər tutublar. Heyvanlar yarmarkaya Siyəzən rayonundan gətirilib.

Heyvanlar yük maşınından düşürdülərkən ölü vəziyyətdə olublar. 70 heyvandan cəmi 4-ü sağ qalıb.

Satıcılar külli miqdarda ziyana düşməmək üçün məcburən yerdə can verən heyvanları tələsik kəsiblər. Lakin həmin ətrafda olan qəssablar bu heyvanların ətinin insanlara satılmasını doğru hesab etmirlər.

Oxşar xəbərlər