Xəbər lenti
Bütün xəbərlər

Bakıda güllələnən kriminal avtoritetin FOTOLARI

  • 14 avq 2018, 23:20

Xəbər verdiyimiz kimi, avqustun 9-u axşam radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində, "Şuşa” şəhərciyindəki məcburi köçkünlərin məskunlaşdığı ərazidə yerləşən "Naxçıvan” kafesində silahli insident baş verib.

Yenicag.az-ın məlumatına görə, Hikmət Abbasquliyev əlindəki "Kalaşnikov” avtomatı ilə kafeyə soxularaq atəş açıb. Nəticədə, 33 yaşlı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyev hadisə yerində ölüb, Bakı şəhər sakini, 34 yaşlı Elxan Kərimov isə ağır yaralanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər radioaktiv materiallarla qanunsuz davranma, saxta pul və qiymətli kağızların hazırlanması və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 51 yaşlı Hikmət Abbasquliyev saxlanılıb. H.Abbasquliyevin Rusiya Federasiyasında qəsdən adam öldürməyə görə məhkumluq həyatı yaşadığı da məlum olub.

Hadisə nəticəsində ölən Namiq Allahverdiyevin də kriminal aləmin üzvlərindən olduğu bildirilir. Yenicag.az adıçəkilən şəxsin fotolarını əldə edib:

Oxşar xəbərlər