Bakıda atışma: Ölən və yaralanan var - VİDEO

  • 10 avq 2018, 09:44
Bakının Sabunçu rayonunda silahlı insident baş verib.
Demokratik.Az "Report”-a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.
Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır. Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir.
Baş verən silahlı insident nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub. Yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.
Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.

Oxşar xəbərlər