Xəbər lenti
Bütün xəbərlər

Repçi Anar Nağılbaz vəfat etdi – Səbəblər

  • 04 avq 2018, 20:19

Azərbaycanlı repçi Anar Nağılbaz 44 yaşında vəfat edib.

Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva REAL-a açıqlamasında oğlunun ölümünü təsdiqləyib. Ailə üzvləri bildiriblər ki, reperin ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub. Şərqiyyə Cəbiyeva Oxu.Az-a açıqlamasında isə deyib ki, hazırda oğlunun nəşini məsciddə yuyurlar: "Danışa bimirəm”.

***

Minval.info-nun əldə etdiyi məlumata görə, reperin ölüm səbəbi daxil qanaxma olub. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən A.Nağılbaz xəstəxanada dünyasını dəyişib.

Minval.info xəbər verir ki, prodüser Tarix Əliyev repçinin ölümü barədə belə yazıb: "Əslində heç münasibətim yox idi, "Maşın” şouda görmüşdüm. İndi Ceyhun Qala yazdı, Anar Nağılbaz vəfat edib. Amma kaş ki, övladlarına sahib çıxardı. Təzə arvad almaq ona düşmədi”.

***

Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb.

1991-ci ildə "Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə "Kirpi” jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan” qəzetinin müxbiri olub.

Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

44 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Bu ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu.

Oxşar xəbərlər