Demokratik TV
Xəbər lenti
Elmar Vəliyevin cangüdənindən niyə xəbər yoxdur?
- 08 iyul 2018, 16:49
GƏNCƏDƏ SAKİNLƏR NÖVBƏTİ XƏBƏRSİZLİK ŞOKUNA GİRİB.
İyulun 3-də Gəncədə baş vermiş məlum qanlı hadisədən sonra, baş və qarın nahiyyəsindən ağır güllə yarası alan icra başçısı Elmar Vəliyevin səhhəti gündəmdə saxlanılsa da, onunla birlikdə güllələnən cangüdəni, polis serjantı Qasım Aşbazovla bağlı heç bir səhih məlumat yoxdur. Sanki onunla heç kim maraqlanmır...
Demokratik.Az-a Gəncədən verilən məlumata görə, Qasım Aşbazov barədə məlumatsızlıq narahatlıq doğuran şaiyyələrə səbəb olub. Sakinlər hesab edir ki, cangüdənin sağlıq durumu da icra başçısı qədər vacib və maraqlı məsələdir.
İlkin məlumatlarda onun Gəncə Beynəlxalq Xəstəxanasında müalicəyə cəlb olunduğu, səhhətinin qənaətbəxş olduğu deyilirdi. Bir neçə gündür ki, onun haqqında heç bir məlumat yayılmayıb. Bu isə laqeydlikdir.
Bundan başqa, hadisədə vurulan birinin indiki durumda açıqlamaları maraqlı olardı... /bu mövzu diqqətimizdədir/
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Elmar Vəliyevin sağlıq durumu niyə gizli saxlanılır?
Elmar Vəliyevin geyiminin qiyməti məlum oldu
Hüquq mühafizə orqanları Elmar Vəliyevə sui-qəsdlə bağlı birgə məlumat yayıb
Elmar Vəliyevin qalmaqallı "Gəncə qalası"
Deputat Elmar Vəliyevi İTTİHAM etdi – “Onun yanında mühafizəçinin nə işi var?”
Elmar Vəliyevin "torpaq baronu" komandiri döydü?
Şikayətçilər Elmar Vəliyevin qəbulunda olub
Elmar Vəliyevi güllələyən şəxsin pasport FOTOSU yayıldı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti