Salyanda "KamAZ" aşdı

  • 03 iyul 2018, 14:25

Salyan rayonunun Xıdırlı kəndində "KamAZ” markalı yük avtomobili yolda idarəetməni itirərək aşıb.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Piriyev Pirvəli Səfər oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Oxşar xəbərlər