Demokratik TV
Xəbər lenti
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
- 17 iyun 2018, 12:00
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 123-cü km-də, Şamaxı şəhərinin girişində rayonunda "Qazel” markalı yük avtomobili ilə "VAZ” markalı minik maşını toqquşub.

Qəza zamanı həmçinin "VAZ"ın Göyçay rayonunun Qarayazı kədindən olan 1998-ci il təvəllüdlü sürücüsü Cabbarov Vasif Asif oğlu, eləcə də, "Qazel"in Şamaxı rayonundan olan 1968-ci il təvəllüdlü sürücüsü Feyzullayev Əflatun Əlqardaş oğlu və onun 1991-ci il təvəllüdlü qohumu Feyzullayev Neymət Əlzaman oğlu xəsarət alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşadırma aparılır.
***
09:26
09:26
Ötən gecə Şamaxı rayonunda "Qazel” markalı yük avtomobili ilə "VAZ” markalı minik avtomobili toqquşub.
BakuPost-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ” markalı minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti