45 yaşlı azərbaycanlı manyaka 15 il həbs – RUSİYADA

  • 09 iyun 2018, 09:31

Rusiyanın Nijni Novqorod şəhərinin Kanavnisk rayon məhkəməsi biri yeniyetmə olmaqla 5 nəfəri zorlayan Azərbaycan vətədaşına hökm oxuyub.

Musavat.com-un Newsroom24 portalına istinadən hazırladığı məlumata görə, 45 yaşlı azərbaycanlı bu əməllərini 2016-cı ilin dekabrından 2017-ci ilin martınadək şəhərin Qordiyevsk mikrorayonunda, gecə vaxtları törədib. 

Məlumata görə, o, qurbanlarını əvvəlcə izləyib, sonra döyərək heç kimin olmadığı yerə aparıb zorlayırmış. İstintaq müddətində onun 5 belə qurbanı olduğu üzə çıxıb. Məhkəmə prosesində məlum olub ki, cinayətkar əvvəllər də bir dəfə zorlamaya görə, məhkumluq həyatı yaşayıb.

Kanavniks rayon məhkəməsinin qərarıyla, 45 yaşlı manyak 15 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər