Ağdamda Bayraq Meydanında yanğın olub

  • 08 iyun 2018, 08:31

Ağdamda Bayraq Meydanında yanğın baş verib. Bu barədə xəbər gecə saatlarında verilib.

APA-nın Qarabağ muxbirinin xəbərinə görə, yanğın rayonun İmamqulubəyli kəndində Soltanbut təpəciyinin üzərində yerləşən Bayraq meydanının işıqlanma sistemində baş verən qısa qapanmadan baş verib.Yanğına ilkin olaraq ərazidə xidmət aparan Ağdam RPŞ-nin əməkdaşları müdaxilə edərək alovun genişlənməsinin qarşısını alıblar. Daha sonra hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin iki maşını cəlb olunub. Alov qısa müddətdə söndürülüb.

 

Demokratik.Az

 

Oxşar xəbərlər