DYP Xızı məktəblərində marifləndirmə həyata keçirib

  • 07 iyun 2018, 13:40

Baş Dövlət Yol Polisi İdarəsinin və Xızı Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşlarının iştirakı ilə rayonun Mikayıl Müşfiq adına orta məktəbin şagirdləri ilə təlimatlandırıcı görüş keçirilib.

Bu barədə "Demokratik.Az"-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Tədbirdə çıxış edən BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis polkovnik-leytenantı İsa Deystani yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsinin, məktəblilərin yol nişanları haqqında məlumatlarının daha da ətraflı təbliğinin, diqqətlə öyrənilməsinin vacibliyini deyib. O, həmçinin yeniyetmələrin yollarda daha da diqqətli olmalarının əhəmiyyətindən danışıb.

Analoji tədbir Baş Dövlət Yol Polisi İdarəsinin və Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Cəfər Cabbarlı adına orta məktəbində aşağı sinif şagirdləri ilə baş tutub. Görüşlərdə məktəblilərə yol hərəkəti qaydalarını barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırıb.

Hər iki tədbirdə yol-nəqliyyat hadisələrinin azalmasında aparılan təbliğat işlərinin əhəmiyyəti vurğulanıb. Məhz keçirilən tədbirlərin nəticəsidir ki, məktəblilər yol nişanları haqda məlumatlı olurlar, yollarda diqqətli olurlar və yolayrıclarında piyada zolaqlarından istifadəyə üstünlük verirlər.

Tədbirin sonundan məktəblilərə Baş İdarənin dəstəyi ilə nəşr edilmiş "Yol hərəkəti qaydaları əlifbası" kitabı hədiyyə olunub.

 



 


 


Oxşar xəbərlər