Bakıda daha bir müxalifətçi həbs edildi

  • 06 iyun 2018, 09:48

İyunun 4-də axşam vaxtı saxlanılan gənc fəal Emin Aslan polisə tabe olmamaqda ittiham edilərək 30 sutka müddətinə həbs olunub.

"Turan” xəbər verir ki, iyunun 5-i axşam vaxtı Nərimanov Rayon Məhkəməsinin hakimi Rəşad Abdulov həbs qətimkan tədbiri barədə qərar çıxarıb. Bu barədə fəalın vəkili Elçin Sadıqov məlumat verib və əlavə edib ki, onu məhkəmə iclasına buraxmayıblar.

"Tələblərimə baxmayaraq, müdafiə etdiyim şəxsin yanına buraxılmadım”, – o bildirib.

Oxşar xəbərlər