Xəbər lenti
Bütün xəbərlər

Qızqaçırma cinayət hesab oluna bilərmi? – VİDEO

  • 01 iyun 2018, 15:24

Ötən həftə Milli Məclisdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda millət vəkili Siyavuş Novruzov maraqlı fikir səsləndirib. O, bildirib ki, "ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil”. Ağlabatan fikirdir. Əgər oğlan qızı sevirsə və qız da oğlana qoşulub qaçırsa bu əmələ niyə adam oğurluğu maddəsi qoyulsun. Elə bununla bağlı sakinlər arasında keçirdiyimiz sorğudadan da bəlli oldu ki, əksəriyyət qanuna dəyişikliyin tərəfdarıdır.

ARB TV-nin "Günə doğru” verilişində qız qaçırtmaq haqda sujet efirə gedib.

Müzəffər Əsədzadə - sakin: "Qızın da oğlanın da razılığı varsa, niyə də gələcəkdə bir yerdə olmaqdansa, biri türmədə olsun, biri getsin harasa didərgin qalsın. Ona görə ən yaxşısı gələcəkdə qanun dəyişsə, heç bir şey deyilməsə, yaxşı olar”.

Nurəli Quliyev – sakin: "Qaçırılandan sonra valideynlər razılıq verərsə, barışıq olarsa, şübhəsiz ki, oğurluq adı olmasa daha yaxşı olar”.

Təranə İsmayılova – sakin: "Yox, yox yüngülləşməsin, çünki boşanmaların sayı da elə olardan artır da. Qorxu yoxdur, bir şey yoxdur”.

Hazırda Cinayət məcələsində evlənməq məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12 ilə qədər həbs cəzası, bundan başqa tamah məqsədi və ağırlıq dərəcəsi nəzərə alınmaqla həmin şəxs 8 ildən 15 ilə qədər azadlıqdan məhrum olunur.

Ağakişi Nağıyev – vəkil: "Qız istintaqda ifadə verib göstərsə ki, mən könüllü qaçmışam ailə qurmaq məqsədilə və valideynlərimə etiraz edirəm mənim həyatıma qarışmasınlar, mən müstəqil şəxsəm. Yəni bu halda adam oğurluğu cinayət əlamətləri orada mövcud ola bilməz”.

Vəkil Ağakişi Nağıyev də adam oğurluğu ilə evlənmək məqsədilə qız qaçırmaq cinayətlərinin fərqləndirilməsinin tərəfdarıdır.

Ağakişi Nağıyev – vəkil: "Əgər iki gəncin həqiqətdə bir-birini sevməsi və bu hər hansı bir təsirdən yayınma məqsədi ilə qoşulub qaçıb ailə qurarlarsa, belə halda sonradan cinayət işi başlansa cəzanın burada humanistləşməsi mühüm əhəmiyyət kəsb edir və bu norma dəyişilməlidir”.

Nəzərə alaq ki, qızqaçırma hallarının əksəriyyətində qızların razılığı olur. Əgər qanuna dəyişiklik olarsa bu hal gələcəkdə qızqaçırma hallarının artmasına gətirib çıxara bilərmi?

Rahim Hüseynov – sakin: "Əgər qanunda dəyişiklik olsa ola bilər ki, qızqaçırmanın sayı çoxala bilər”.

Evlənmək məqsədilə olsa belə qızqaçırma sivil dünya davranışları ilə üst-üstə düşmür. Qanuna dəyişikliyin effektli olub-olmamasını isə zaman göstərəcək.


Oxşar xəbərlər