Gizlədilmiş narkotik vasitə aşkar edilib götürüldü

  • 31 may 2018, 13:38

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Heydər Dadaşovdan narkotik vasitə olan heroin aşkar edilib. 

DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun külli miqdarda narkotik vasitəni gizlətdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən onun Boradigah qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında gizlətdiyi 435 qram marixuana da aşkar edilərək götürülüb. 
Götürülmüş maddi sübut ekspertizaya təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

Demokratik.Az

Oxşar xəbərlər