Metronun “İçərişəhər” stansiyasında oğurluq olub

  • 31 may 2018, 13:32

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

DİN-dən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Süleymanova "İçərişəhər” stansiyasında qatarda cibindən mobil telefonunun oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qulam Muxtarov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər