Demokratik TV
Xəbər lenti
Azər Qasımlı Baş Prokurorluğa çağırılıb
- 29 may 2018, 19:19
"ReAl” hərəkatının Məclis üzvü Azər Qasımlının saxlanılması ilə bağlı məlumatlar yayılıb. Hərəkatın icra katibi Natiq Cəfərli "Qafqazinfo”ya açıqlamasında bildirib ki, A.Qasımlı bu gün günorta saatlarında Baş Prokurorluğa çağırılıb:
"Ona bildiriblər ki, rəhbərlik söhbət etmək istəyir. Amma hansı məsələ ilə bağlı çağırıldığı bəlli deyil. Ordan sonra da Yasamal Rayon Polis İdarəsinə aparılıb, hazırda oradadır. Onu da bildiriblər ki, polis idarəsinin rəhbərliyi də söhbət etmək üçün çağırıb. Azər Qasımlı Baş Prokurorluğa öz maşını ilə getmədiyi üçün idarəyə prokurorluğun əməkdaşlarından birinin avtomobili ilə aparılıb. Yəni polis maşınında aparılmayıb. Buna görə də saxlanılıb-saxlanılmadığını da dəqiq deyə bilmirik. Onun dəvət olunması ilə bağlı rəsmi açıqlama da yoxdur, özü ilə əlaqə saxlaya bilmirik”.
N.Cəfərli qeyd edib ki, A.Qasımlının Cümhuriyyətin 100 illiyi ilə bağlı paytaxtda keçirilən yürüşlə əlaqədar çağırıldığını təxmin edirlər.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Natiq Cəfərli azadlığa buraxılıb
“İlqar Məmmədovun azadlığa çıxması uzana bilər”
Jurnalist Prokurorluğa çağrılıb
Natiq Cəfərli həbs edildi
Dəmirtaş prokurorluğa çağırıldı
Direktor şagirdi döydü: polis təsdiqlədi, rəisi isə.. – Müəmma
REAL Tiflisdə qurultay keçirəcəklərini təkzib edir
Bakıda avtomobili oğruları saxlanılıb
Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti