Əfv sərəncamı ilə 8 qadın azadlığa buraxılıb

  • 25 may 2018, 11:57

Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində (CM) icra olunub.

"Report”un məlumatına görə, CM-də keçirilən tədbirdə Ombudsman Elmira Süleymanova, CM rəhbərliyi və başqaları çıxış ediblər.

Cəzaçəkmə müəssisəsindən 8 qadın azadlığa buraxılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam 634 nəfərə şamil ediləcək.

 

 

Oxşar xəbərlər