Xəbər lenti
Bütün xəbərlər

DİN: 79 kq narkotik vasitə aşkarlanıb

  • 24 may 2018, 12:36

Mayın 23-də daxili işlər orqanlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 79 kiloqram müxtəlif növ narkotik vasitə, o cümlədən 61 kiloqramdan artıq marixuana, 17 kiloqrama yaxın tiryək və 300 qrama yaxın heroin aşkarlanaraq götürülüb.

DİN-dən musavat.com-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Biləsuvar şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Qasımovdan çəkisi 16 kiloqram 830 qram tiryək və 285 qramdan artıq heroin götürülüb.

Daxil olmuş məlumat əsasında Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Şamxalova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 135 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq çəkisi 57 kiloqram 345 qram marixuana, 2147 ədəd çətənə toxumu, 2 ədəd elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 2 tüfəng, 6 ədəd patron, optik-gecəgörmə qurğusu və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Qullar kənd sakini, əvvəllər məhkum olunmuş Bəşir Soltanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Demokratik.Az

Oxşar xəbərlər