Demokratik TV
Xəbər lenti
Əfv daha çox kimlərə şamil olunacaq? - AÇIQLAMA
- 23 may 2018, 08:14
Yaxın bir neçə gün ərzində Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir. Artıq Əfv Məsələləri Komissiyası öz işini yekunlaşdırıb. Komissiya keçirdiyi iclaslarda 1500-ə yaxın müraciətə baxıb və yekun siyahını ölkə başçısına təqdim edib.
Növbəti əfv sərəncamı daha çox kimlərə şamil olunacaq? Onların arasında əcnəbi və qadınlar olacaqmı?
Azərbaycan Respublikası prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı AzVision.az-a açıqlamasında deyib ki, növbəti əfv sərəncamının daha çox insana şamil olunacağı gözlənilir:
"Sərəncam yetkinlik və yetkinlik yaşına çatmayanlar, qadınlar, əcnəbilər daxil olmaqla bütün təbəqələrdən olan insanları əhatə edəcək. Əfv Komissiyası məhkumların ərizələrinə onların yaşına, cinsinə, əcnəbi olmasına fərq qoymadan baxır. Prezidentimiz öz səlahiyyətlərindən istifadə edərək, yaxın günlərdə əfv sərəncamı imzalayacaq”.
M.İbrahimqızı vurğulayıb ki, növbəti əfv sərəncamında ölkə başçısı daha çox ailəni sevindirəcək: "Komissiya hər dəfə çalışır ki, möhtərəm prezidentimizin humanist siyasətindən daha çox məhkum yararlansın. Dünyada insan üçün ən dəyərli nemət can sağlığı və azadlıqdır. Bir məhkum azad olunursa, bu, təkcə onun sevinci deyil. Onun ailəsi, qohumları, dostları, tanışları buna görə sevinir. Ona görə Əfv Komissiyasında çalışılır ki, sərəncam daha çox məhkuma şamil olunsun. İnanırıq ki, növbəti əfv sərəncamında ölkə başçısı daha çox ailəni sevindirəcək”.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezidentdən növbəti əfv sərəncamı gözlənilir
Böyük əfv sərəncamı yaxınlaşdı
Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Əfvlə bağlı müraciətlər araşdırılır - gözlənti
200-ə yaxın məhbus azadlığa buraxıldı
Əfv sərəncamının verilmə vaxtı dəyişdirilə bilər - SƏBƏB
ƏFV SİYAHISINA KİMLƏR DÜŞƏCƏK? - açıqlama
Xələf Xələfov komissiya sədri təyin edilib - sərəncam
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti