Qobustan sakini yanıq xəsarəti alıb

  • 10 may 2018, 10:23

Qobustan rayonunda avtomobil ustası yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Təklə Mirzəbaba kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Sərkərov İbrahim Bəxtiyar oğlunun işlədiyi avtomobil təmiri sexində elektrik cihazının partlaması nəticəsində əl və üz nahiyəsindən yanıq xəsarətləri aldığı bildirilir.

Usta təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

 

Demokratik.Az

Oxşar xəbərlər