"Kurtlar Vadisi Pusu" yenidən yayımlanacaq

  • 30 apr 2018, 16:47
Azərbaycanda da maraqla izlənilən "Kurtlar Vadisi Pusu" serialının yayımlanacağı tarix və kanal müəyyənləşib.

Bu barədə Türkiyə mediasında xəbər yayılıb. Məlumata görə, maraqlı serial sentyabr ayından yenidən efirə çıxacaq.

Bir müddət əvvəl serialın baş rol ifaçısı Necati Şaşmaz bəzi kanallarla danışıqlar apardıqlarını da bildirmişdi. Artıq serialı yayımlayacaq kanal da bəllidi. Belə ki, "Kurtlar Vadisi Pusu" bu dəfə "Kanal D"də tamaşaçıların görüşünə gələcək.
 
Demokratik.Az
Oxşar xəbərlər