Demokratik TV
Xəbər lenti
Yeni sədr kollektivə təqdim olunub - FOTO
- 24 apr 2018, 20:33
Bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovu kollektivə təqdim edib. Lent.az-ın məlumatına görə, yeni sədr haqqında qısa məlumat verən Ramiz Mehdiyev bildirib ki, Prezident İlham Əliyev Fuad Muradovu qəbul edərək ona konkret tapşırıqlarını verib. O deyib ki, gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir.
Daha sonra Dövlət Komitəsi barədə danışan R. Mehdiyev qurumun fəaliyyətini tənqid edib, nöqsanlara yol verildiyini vurğulayıb. O, indiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilən Fuad Muradov kimya elmləri üzrə fəlsəfə doktorudur.
Son təyinatadək Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində çalışan Fuad Muradov Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi Qruplarının üzvü, Azərbaycanın "Avronest”dəki nümayəndə heyətinin rəhbəri olub.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ramiz Mehdiyev Nazim İbrahimovu tənqid etdi
Daha bir deputat komitə sədri oldu
Ramiz Mehdiyev yeni təhsil nazirini kollektivə təqdim edib
Prezident daha 6 nazir təyin edib – TAM SİYAHI
İkinci təyinat partiyası – gənclər irəli çıxdı, kabinet gəncləşdi
Deputatlara yeni vəzifə verildi
Ramiz Mehdiyev sərəncam imzaladı
Əfv Komissiyasının tərkibi dəyişdirildi - YENİ SİYAHI
Azərbaycanda yeni qurum yaradıldı – FƏRMAN
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edildi - SİYAHI
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti