Xəbər lenti
Bütün xəbərlər

Qanunsuz ov edənlər qaçdı

  • 27 noy 2014, 19:59

Lənkəranda qanunsuz ov edənlərə qarşı reyd aparılıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Lənkəran şəhər polis şöbəsi və Liman polis bölməsinin əməkdaşları rayon ərazisində qanunsuz ovun qarşısının alınması məqsədilə reyd keçirib.

Keçirilən reyd zamanı 3 nəfər şəxsin qanunsuz ov etmələri müəyyən edilib. Həmin şəxslər saxlanılmaq istərkən əllərindəki ov tüfənglərini ataraq qaçıb. Götürülən silahlara baxış zamanı müəyyən edilib ki, tüfənglərin ikisi 16 çaplı qoşa lüləli ,digəri isə "Belka" markalı yivli ov tüfəngləridir. 16 çaplı tüfənglərdən biri Sutəmurdov kənd sakini Çümşüd Bəşirova məxsusluğu sənədlə təsdiqini tapsa da, digər tüfənglərin qanunsuz olması aşkar edilib.

Əməliyyat tədbirləri nəticəsində qanunsuz ov silahlarının Göyşaban kənd sakini Mehran Ağayevə ,digərinin isə Sutəmurdov sakini Ceyhun Kərimova məxsus olması müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon polis şöbəsində araşdırma aparılır.

 

 

Demokratik.Az

Oxşar xəbərlər