"Ermənistan yalan cəbhə xəbərləri yayır" - açıqlama

  • 16 apr 2018, 11:11

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes - Voskepar avtomobil yolunu atəşə tutması barədə erməni mətbuatının yaydığı məlumat növbəti uydurmadır.

 

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərlə bağlı Trend-in sorğusuna cavab olaraq bildirib: "Bu erməni tərəfinin növbəti təxribat xarakterli yalanıdır”.

 

 

Qeyd edək ki, erməni mətbuatı bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes-Voskepar avtomobil yolunu guya atəşə tutması barədə məlumat yayıb.

 

Demokratik.Az

Oxşar xəbərlər