40 şagird içki içdi və məktəbdən uzaqlaşdırıldı

  • 12 apr 2018, 07:37

İngiltərə qraflığı Kentdəki "Sevenoaks School”da 40 şagirdi spirtli içkidən istifadə etdiyi üçün məktəbdən uzaqlaşdırıb. Bu barədə "The Daily Mirror” xəbər verib.

Xəbər verilir ki, uşaqları ekskursiya zamanı spirtli içkidən istifadə edərkən tutublar. Təhsil müəssisəsi təmsilçisi bildirib ki, uşaqlar məktəbin davranış kodeksini pozduğu üçün qovulublar. Ekskursiya ildə orta hesabla 60 dəfə təşkil olunur və orada 350-yə yaxın adam iştirak edir. Sevenoaks məktəbi ölkənin ən prestijli məktəblərindən sayılır. Bu təhsil ocağı 1432-ci ildə yaradılıb və burada 1000-ə yaxın adam təhsil alır. Şagirdlərin çoxu məktəbin yaxınlığındakı pansionda təhsil alır. Buranın illik təhsil haqqı 50 min dollardır.

Oxşar xəbərlər