Demokratik TV
Xəbər lenti
Jurnalist Əziz Orucov azadlığa buraxıldı
- 05 apr 2018, 14:26
Bu gün Ali Məhkəmədə "Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovun kassasiya şikayətinə baxılıb.
Vəkili Cavad Cavadov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Ə.Orucovun ittiham edildiyi qanunsuz sahibkarlıq (192-ci maddə) maddəsinə xitam verilib və bu epizod üzrə günahı olmadığı bildirilib.
Cinayət Məcəlləsinin 308-2-ci maddəsi üzrə ittiham 308.1-ci bəndə tövsif edilib. Ə.Orucova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. Ə.Orucov özü prosesdə iştirak etməyib, yaxın saatlarda saxlanıldığı təcridxanadan azadlığa buraxılacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Vitse-Admiral Ədliyyə Nazirliyindən bəraət istədi
Jurnalist Mirqədirov da azadlıqda
"Kanal 13” TV direktorunun məhkəməsi keçirilib
"Kanal 13"-ün direktoruna 30 sutka həbs
Bankirə 15 İL HƏBS- 70 MİLYONLUQ TƏZMİNAT
Xədicə İsmayılın cəzası 1 il azaldıldı
Veteran futbolçumuz barəsində kassasiya şikayətinə baxılacaq
Generalın oğlu məhkəmədə ETİRAF etdi: ”
Sürücünü döyən general oğlu məhkəmədə:“Təqsirli deyiləm”
Leyla Yunusun kassasiya şikayəti təmin edildi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti