Bakıda “Topaz”ı yardılar

  • 12 mart 2018, 07:49

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Məlumata görə, rayon ərazisində fəaliyyət göstərən "Topaz” mərc oyunları məntəqəsindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Hadisə yerinə gələn Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin məntəqədən 85 manat, 6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Rəşidov olduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanıb.

Demokratik.Az

Oxşar xəbərlər