Xəzərdə narkotik ƏMƏLİYYATI

  • 27 fev 2018, 10:44

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən qanunsuz ola­raq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaq­mal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb. 
DSX-nın mətbuat xidmətindən verilən məlumata görə, fevralın 23-də Astara rayonu ərazisində DSX Sahil Müha­fizəsinin texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzmə vasitəsinin sərhəd su­­la­rımıza daxil olması və qısa müddət ərzində geri qayıtması müşahidə olunub. 
Üzmə vasitəsinin sərhəd sularımızda hərəkət və dayanma koor­dinatları üzrə su səthinə baxış keçirilib, 1 buya bərkidilmiş lövbərdə 3 bağlama aşkar edilərək götürülüb. Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şək­lində heroinə oxşar maddə aşkar olunub. 
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.
 
Demokratik.Az
Oxşar xəbərlər