Prokuror Aygün Bəylərin qardaşına yenidən cəza istədi

  • 25 yan 2018, 13:28

Qətl törətməkdə təqsirləndirilən dəstənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun məhkəməsinə hakim Cavid Hüseynov sədrlik edib.

Məhkəmə prosesində ötən prosesdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisənə yeləşdirilmiş Fuad Məmmədzadənin səhhəti ilə bağlı ekspertiza rəyi elan olunub.

Ekspertizanın rəyində yazılır ki, F.Məmmədzadə vərəm xəstəliyindən əziyyət çəkir. Amma onun məhkəmə iclaslarında qoruyucu maskadan istifadə etməklə iştirakı mümkündür.

Prosesdə dövlət dövlət ittihamçısı yenidən çıxış edib. Bildirib ki, cinayət hadisəsi 2013-cü ildə baş verib: "Həmin ildə Cinayət Məcəlləsinin müddəalarına görə cəza hissəsi də yüngül olduğu üçün təklif edirəm ki, həmin dövrdəki qanun tətbiq olunsun və cəzalar 15 ilə münasibətdə hesablansın".

Prokuror yenidən həmin şəxslərə cəza istəyib. Dövlət ittihamçısı Aygün Bəylərin qardaşı, A.Hümmətovun 14 il 9 ay, F.Məmmədzadənin 15 il, R.Əsirovun 15 il, E.Alxasovun 15 il, E.Əsirovun 14 il 9 ay və C.Alxasovun isə 14 il.6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib.

Dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonunda narkotik vasitə əkib, satıb pul qazanmaq qərarına gəliblər.

Birlikdə iş gördükləri Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər və onu öldürüblər.

Mərhum Elnur Hümmətov 2013-cü ilin may ayında itkin kimi axtarışda olub. Qətlin üstü 2016-cı ilin avqustun 30-da açılıb.

Tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.

İlkin Muradov

Oxşar xəbərlər