Bakıda 69 yaşlı kişi özünü asdı

  • 13 noy 2014, 20:09
Ötən gün Bakının Nəsimi rayonunda 69 yaşlı kişi özünü öldürüb.

Nəsimi rayon prokurorunun köməkçisi İsmayıl Rövşənovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə dünən saat 17:24-d baş verib.

Belə ki, Cəlil Məmmədquluzadə küçəsi 82 ünvanında yaşayan 69 yaşlı Oqtay Mehdiyevin asılmış meyiti tapılıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarını əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, O.Mehdiyev intihar edib.

Onun evli olduğu bildirilir. İki övlad atasıdır.

Hazırda baş verən intiharın səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.