Kafedə kütləvi dava: İki nəfər bıçaqlandı

  • 14 noy 2017, 08:24

Bakının Sabunçu rayonu ərazisində kütləvi dava zamanı bıçaqlanma olub.

"Report" xəbər verir ki, 1987-ci il təvəllüdlü İsmayılov Mahir Etibar oğlu və 1987-ci il təvəllüdlü Paşayev İlham Ədil oğlu Balaxanı qəsəbəsində yerləşən "Qartal" kafesində tanıdıqları şəxslərlə əlbəyaxa dava ediblər. Nəticədə M.İsmayılovun boğaz və bədən nahiyələrinə 3 bıçaq, İ.Paşayevin isə boğaz, bədən və ayaq nahiyələrinə 6 bıçaq zərbəsi vurulub. Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, M.İsmayılovun vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Demokratik.Az

Oxşar xəbərlər