Kiyevdə atışma olub

  • 29 okt 2017, 08:46

Kiyevdə restoranlardan birində naməlum şəxslər arasında münaqişə zəminində atışma baş verib.  

 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident ötən axşam Kiyevin Peçorski rayonu, Yevgeni Konovalsev küçəsində yerləşən restoranda baş verib.  

 

Məlumata görə, bir nəfər başından güllə yarası alıb. O təcili xəstəxanaya aparılıb. Atəş açan şəxslər hadisə yerindən qaçıb. Hadisə yerinə həmçinin əməliyyat-istintaq qrupu cəlb edilib.  

Oxşar xəbərlər